- 14:10
Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda özəl xəstəxanaların birində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İsmət İnönü məhəlləsində yerləşən özəl xəstəxananın reanimasiya şöbəsində naməlum səbəbdən yanğın baş verib.
Yanğınsöndürmə qrupları ərazidə tədbir gördükdən sonra xəstəxana işçilərini və xəstələri təxliyə edib.
Reanimasiya şöbəsində olan xəstələr rayondakı səhiyyə müəssisələrinə göndərilib.
Yanğın yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.
Şəbnəm Mehdizadə