Arktikada buz örtüyü proqnozlardan əvvəl yox ola bilər


  • 3 Fevral 16:56

Qlobal istiləşmə nəticəsində Arktikanın "son buz sahəsi" (LIA) proqnozlardan əvvəl əriyə bilər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Kanadanın McGill Universitetinin rəhbərlik etdiyi araşdırmada yer alır. Sözügedən araşdırmanın nəticələri Communications Earth & Environment jurnalında dərc olunub.

Universitetin alimi Bruno Tremblay bildirib ki, buz sahəsi proqnozlaşdırılandan daha tez yox ola bilər.

Əvvəlki hesablamalar daimi dəniz buzunun onilliklər ərzində qala biləcəyini proqnozlaşdırırdı. Lakin qobal istiləşmə bu prosesi daha da sürətləndirib.

Qeyd edək ki, LİA dünyadakı qütb ayılarının dörddə birinə ev sahibliyi edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər