İraqdan qaçan 2 terrorçu Türkiyəyə təslim olub


  • 3 Fevral 16:52

İraqın şimalındakı sığınacaqlardan qaçan 2 PKK terrorçusu Türkiyəyə təslim olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların Silopidəki Sərhəd Xidməti Məntəqəsinə təslim olduğu bildirilib.

"Türk əsgərlərinin qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Silopidəki Sərhəd Mühafizə Məntəqəmizə təslim olub. Terrorçular üçün yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır", - deyə nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər