- 14:10
ABŞ-da təyyarə ilə hərbi helikopterin toqquşması nəticəsində ölən 67 nəfərdən 55-nin qalıqları tapılıb, onların şəxsiyyəti müəyyən edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vaşinqton Yanğınsöndürmə və Təcili Yardım Xidmətlərinin rəisi Con Donnelli məlumat verib.
O, axtarış tədbirlərinin davam etdiyini bildirib.
Xatırladaq ki, yanvarın 30-da Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə sərnişin təyyarəsi toqquşub.
Şəbnəm Mehdizadə