Yük maşını ilə mikroavtous toqquşub, yaralılar var


  • 3 Fevral 16:16

Türkiyənin Sivas şəhərində yük maşını ilə mikroavtous toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Sivas-Ankara avtomobil yolunda, Yıldız körpüsü yaxınlığında baş verib.

Hadisə nəticəsində 7 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasetmə, polis və jandarma qrupları cəlb edildi.

Yaralılar təcili tibbi yardım maşını ilə şəhərdəki xəstəxanalara çatdırılıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər