- 14:10
Türkiyənin Antalya şəhərində tarixi binada yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Muratpaşa adlı ərazisində yerləşən tarixi binada naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə gələn yanğınsöndürənlər yanğının ətrafdakı tikililərə keçməsinin qarşısını almaq üçün tədbirlər görüb.
Təxminən 2 saat sonra yanğın söndürülüb.
Hadisə nəticəsində binaya ciddi ziyan dəyib.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə