Qlobal istiləşmə böyük şəhərlərdə siçovulların sayının artmasına səbəb olur


  • 3 Fevral 15:58

Qlobal istiləşmə böyük şəhərlərdə siçovulların sayının sürətlə artmasına səbəb olur.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat "Science Advances" jurnalında dərc olunan araşdırmada yer alır.

Belə ki, Vaşinqton, San Fransisko, Toronto, Nyu-York və Amsterdam da daxil olmaqla 16 şəhərdə tədqiqat aparılıb.

Araşdırmaya görə 11 şəhərdə siçovulların sayında ciddi artım müşahidə edilib.

Belə ki, son 10 ildə siçovulların sayı Vaşinqtonda 390 faiz, San-Fransiskoda 300 faiz, Torontoda 186 faiz, Nyu Yorkda isə 162 faiz artıb.

Qeyd edilib ki, qlobal istiləşjmə, tikinti və daşqınlar zərərvericilərin sayının artmasına səbəb olur.

2023-cü ildə Torontonun təcili yardım xəttinə 1600 siçovulla bağlı çağırış gəlib.

Toronto Şəhər Şurasının üzvləri böhranla mübarizə addımlar atmağı hədəfləyir.

Qeyd edək ki, siçovullar hər il milyardlarla dollar ziyana səbəb olur, insanlara 60-dan çox xəstəlik ötürə bilir və ekosistemdə böyük balanssızlıqlar yaradır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər