Yük maşını avtomobilə çırpılaraq yerüstü keçiddən aşıb: ölənlər və yaralılar var


  • 3 Fevral 15:01

Türkiyənin Şanlıurfa şəhərində zəncirvari yol qəzasında 3 nəfər ölüb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfanın Birecik rayonunda yük maşını 3 avtomobilə çırpılıb.

Zərbənin təsirindən yük maşını və daha bir avtomobil yerüstü keçiddən aşıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Əraziyə xeyli sayda təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər