Bursada təkrar emal müəssisəsində güclü yanğın baş verib


  • 3 Fevral 14:42

Türkiyənin Bursa şəhərində təkrar emal müəssisəsində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Yıldırım rayonunda yerləşən müəssisədə naməlum səbəbdən yanğın başlayıb.

Yanğın qısa zamanda böyüyərək yaxınlıqdakı tekstil fabrikinə də keçib.

Bölgəyə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis qrupları cəlb edilib.

Qrupların müdaxiləsindən sonra yanğın nəzarətə götürülüb.

Hadisə yerində soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər