Fəhlələri daşıyan avtobus aşıb, 10 nəfər yaralanıb


  • 3 Fevral 14:25

Türkiyənin Adana şəhərində fəhlələri daşıyan avtobus qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adananın mərkəzi Yüreğir rayonunda fəhlələri daşıyan avtobus idarəetmədən çıxaraq suvarma kanalına aşıb.

Hadisə nəticəsində 10 nəfər yaralanıb.

Əraziyə təcili yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.

Avtobus komandalar və vətəndaşların köməyi ilə kanaldan çıxarılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər