- 1 Fevral 23:34
Ukraynanın Kursk vilayətinin Sudja şəhərində yerləşən internat məktəbinə aviazərbələr endirilib.
E-huquq.az APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında baş vermiş hadisə nəticəsində internat məktəbinin dağıntıları altında 95 nəfərin qaldığı ehtimal olunur.
Dağıntılar altında qalan şəxslər arasında yaşlılar və uşaqların olduğu bildirilir. Hücum zamanı binada onlarla mülki şəxs, o cümlədən qadın və uşaqlar olub.
Hazırda şəhərin hərbi komendantlığı aviazərbələrə məruz qalmış internat binasının dağıntıları altında qalmış mülki insanları xilas etmək üçün axtarış-xilasetmə işləri aparır
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, aviazərbələr Rusiyanın Hərbi hava Qüvvələri tərəfindən endirilib.
Ukrayna tərəfi hadisədə Rusiyanı günahlandıraraq bu zərbələrin Rusiyanın mülki əhaliyə qarşı yönəlmiş növbəti hərbi cinayəti olduğunu bildirib.
Rusiya tərəfi isə aviazərbələrin Ukrayna Silahlı Qüvvələri tərəfindən Sumi vilayətindən endirildiyini bildirir.
Hadisə ilə bağlı ziddiyətli xəbərlər gəlməkdədir. Dağıntılar altında qalanların olduğunu isə hər iki tərəf təsdiqləyib.
Qeyd edək ki, internat məktəbinin yerləşdiyi qəsəbə hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.