- 01:01
ABŞ-nin Filadelfiya şəhərində baş vermiş təyyarə qəzası nəticəsində 7 nəfər, təyyarənin göyərtəsində olan 6 nəfər və bir yerli sakin həlak olub.
E-huquq.az xəbər verir ki, bu haqda şəhər meriyasının rəhbəri məlumat verib.
O həmçinin hadisə zamanı 19 nəfərin də yaralandığını bildirib.
Qeyd edək ki, Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, “Learjet 55” yanvarın 31-də yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə fevralın 1-i 03:30-da) Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb.
Təyyarə Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan 30 saniyə sonra 1600 fut (487 metr) yüksəklikdə radarlardan itib. CBS telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, təyyarə yaşayış binalarına çırpılıb.
Məlumata görə, hadisədən sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb.