- 20:45
Suriyanın Mənbic şəhərində əhalinin sıxlıq təşkil etdiyi ərazidə avtomobil partlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb və yaralananlar var.
Həmçinin əlavə edilib ki, yerli təhlükəsizlik orqanları tərəfindən araşdırmalar davam etdirilir.