- 20:31
Almaniyanın sabiq prezidenti Horst Köhler (2004-2010-cu illərdə bu vəzifədə olub) 81 yaşında vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə Almaniya Prezidentinin ofisi məlumat yayıb.
Köhler ağır xəstəlikdən sonra fevralın 1-də səhər tezdən Berlində ailəsinin əhatəsində dünyasını dəyişib.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mərhumun həyat yoldaşına başsağlığı verib və Köhlerin “ölkəyə çox böyük töhfələr verdiyini” qeyd edib.