- 00:04
Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib.
Mənbənin bildirdiyinə görə, hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb və ölkədə siyasi keçid prosesinin əhatəli olmasının vacibliyi qeyd edilib.