İstanbulda havanın çirklənməsi təhlükəli həddə çatıb


  • 15:02

Türkiyənin İstanbul şəhərində havanın çirklənməsi təhlükəli həddə çatıb.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda ən yüksək hava çirkliliyi Göztepe adlı ərazidə qeydə alınıb.

Son günlər İstanbulda davam edən dumanlı hava şəraiti havanın çirklənməsi faktını yenidən gündəmə gətirib.

Hazırda İstanbulun rayonlarında müxtəlif məntəqələrdə yaradılan havanın keyfiyyətinə nəzarət stansiyalarından alınan məlumatlar əsasında regional ölçmələr aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər