Türkiyədə 8 vəkil saxlanıldı


  • 14:47

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bir qrup şəxsin terror təşkilatına üzv olduğu və FETÖ-yə məxsus evlərdə qaldığı müəyyən edilib.

Mərkəzi İstanbul olan 9 vilayətdə keçirilən əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb.

Saxlanılan şəxslərdən 8-nin əvvəllər hakim və prokuror, daha sonra isə istefa verərək vəkil kimi çalışdığı bəlli olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər