ABŞ-da ilk dəfə henipavirus aşkarlanıb


  • 13:31

ABŞ-ın Alabama ştatında “Camp Hill” virusu aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Şimali Amerikada aşkar edilən ilk henipavirus olub.

Henipavirusların insanlarda və heyvanlarda ağır xəstəliklərə və çoxsaylı ölümlərə səbəb olduğu bildirilib.

Virusun qlobal miqyasda yayılma ehtimalının yüksək olduğunu qeyd edilib.

Virus ilk dəfə Kanada və ABŞ-da siçanlarda aşkarlanıb.

Bu viruslar ailəsi üçün peyvəndlərin hazırlanması tədqiqatçıların diqqət mərkəzində olan sahədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər