- 15:25
Almaniyalı alimlər ürəyin müalicəsində yeni metod kəşf edib.
E-huquq.az xəbər verir ki, Almaniyanın Göttingen Universitetinin Tibb Mərkəzinin alimləri qandan götürülərək kök hüceyrəyə çevrilən əzələ toxumalarını ürəyə implantasiya edib.
Belə ki, infarktdan sonra ürək çatışmazlığı olan xəstənin ürəyinin xarici səthinə 400 milyon hüceyrədən ibarət 10 əzələ toxuması yerləşdirərək xəstənin vəziyyətinin 3 ay stabil qaldığını müəyyən ediblər.
3 aylıq müddətin sonunda tədqiqatçılar implantın damarlar meydana gətirərək ürəyə bağlandığını və ürəyin nasosunu təhlükəsiz şəkildə dəstəklədiyini müşahidə edib.
Alimlər sözügedən əzələ toxumalarının döş qəfəsindəki kiçik bir kəsiklə ürəyin səthinə tikildiyini bildirib.
Müalicənin ürək transplantasiyası ehtiyacını tamamilə aradan qaldırmaq üçün yox, ürək transplantasiyası gözləyən xəstələrə kömək etmək üçün sınaqdan keçirildiyi vurğulanıb.
Tədqiqatçılar eyni müalicə üsulunu daha 14 xəstəyə tətbiq ediblər.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə