- 15:25
Avstriyada azyaşlı qızlara hicab taxmaq qadağan edilir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Aşağı Avstriya əyalətinin başçısı Yohanna Mikl-Leitner belə bir qərar qəbul edib.
O, keçirdiyi mətbuat konfransında dövlət sərhədləri daxilində "siyasi İslamla mübarizə" çərçivəsində atılacaq bəzi addımları sadalayıb.
Mikl-Leitner yeni qadağanın uşaq bağçaları, ibtidai məktəblər və dövlət qurumlarında tətbiq olunacağını bildirib.
O, uşaq bağçalarında məcburi valideyn iclası keçiriləcəyini qeyd edib.
Bu iclasa gəlməyən ailələr 2500 avroya qədər cərimələnə və ya uşaqları məktəbdən xaric edilə bilər.
Federal hökuməti bu istiqamətdə addımlar atmağa çağıran Mikl-Leitner yaşı 10-dan az olan qızlara hicab qadağasının qoyulmasını tələb edib.
Şəbnəm Mehdizadə