- 15:25
İngiltərədə qadınlara qarşı zorakılıq halları artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Audit Ofisinin (NAO) dərc etdiyi hesabatda məlumat verilib.
Audit hesabatına görə, 2021-ci ildə Sarah Everard və Sabina Nessanın qətlindən sonra həyata keçirilən strategiya qadın və qızların təhlükəsizliyini təmin etmək üçün yetərli olmayıb.
Hesabatda qadınlara qarşı zorakılığın “ciddi və artan problem” olduğu vurğulansa da, zorakılığın sosial, fiziki, psixoloji və iqtisadi təsirləri ilə bağlı daha əhatəli araşdırmalara ehtiyac olduğu bildirilib.
İctimai Hesablamalar Komitəsinin sədri Ser Geoffrey Clifton-Brown hökumətin qadınlara qarşı zorakılıqla mübarizəyə vahid yanaşma ortaya qoymadğı üçün qurbanların sayının artdığını bildirib.
Qeyd edək ki, Böyük Britaniyada qadınlara qarşı zorakılıq halları 2022-2023-cü illər arasında polisə bildirilən bütün cinayətlərin 20 faizini təşkil edib.
Şəbnəm Mehdizadə