- 15:25
Karib dənizində sahillərində sürüklənən qayıqda 13 cəsəd aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sent Kitts və Nevis polisinin rəis müavini Kromvel Henri məlumat verib.
O, cəsədlərin çürüdüyü üçün qurbanların yaşının və ya cinsinin hələlik müəyyən edilə bilmədiyini bildirib.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Xatırladaq ki, beş gün əvvəl Trinidad və Tobaqo yaxınlığında bir qayıqda beş nəfərin cəsədi tapılıb.Trinidad Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada tapılan qayığın 2021-ci ildə eyni bölgədə aşkarlanan və içərisində 15 nəfərin cəsədinin olduğu qayığa bənzədiyi vurğulanıb. Sözügedən qayıqlarda tapılan cəsədlərin Afrika sahillərindən yola düşən miqrantlara məxsus olduğu ehtimal edilir.
Şəbnəm Mehdizadə