- 15:25
Türkiyənin İstanbul şəhərində bir ailənin dörd üzvü güllələnib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan rayonunda yerləşən 3 mərtəbəli yaşayış binasında baş verib.
Aparılan ilkin araşdırmalara görə, cinayəti ailənin 17 yaşlı oğlu törədib.
Polis həmin şəxsi Bursada saxlayıb.
Polis qrupları ətraf ərazidə təhlükəsizlik tədbirlərini artırıb.
Şəbnəm Mehdizadə