İsveçdə Quranı yandırmaq üçün təxribatlar edən şəxs öldürülüb


  • 30 Yanvar 16:01

İsveçdə Quranı yandırmaq üçün təxribatlar edən Salvan Momika ölüdürülüb.

E-huquq.az xaric mətbuata istinadən xəbər verir ki, 38 yaşlı Salvan Momika Södertälje şəhərindəki mənzilində "TikTok"da canlı yayım edərkən güllələnib.

Hadisə yerinə gələn polis Momikanın cəsədini aşkarlayıb.

Polis şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, "nifrət cinayəti" törətməkdə ittiham olunan Salvan Momika və Salvan Najemi məhkəməsi yanvarın 16-da başlayıb.

Stokholm Bölgə Məhkəməsindən verilən açıqlamada, Salvan Momika və Salvan Najemin dörd ayrı hadisədə Quranı yandıraraq "etnik və ya milli qrupa qarşı nifrət cinayəti törətmək" ittihamı ilə mühakimə olunduğu açıqlanıb.

Məhkəmənin qərarını cümə günü, yanvarın 31-i saat 11:00-da elan edəcəyi gözlənilirdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər