Tayvanda güclü zəlzələ olub


  • 30 Yanvar 14:38

Tayvanın Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya Bürosu (CWA) məlumat yayıb.

Episentrinin Çiayi əyalət mərkəzindən 40,5 kilometr cənub-şərqdə, Dapu rayonunda oluğu bildirilən zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra maqnitudası 3,2-4,3 arasında olan 5 təkan qeydə alınıb.

Qeyd edək ki, yanvarın 21-də Çiayi əyalətində baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər