Türkiyədə PKK-ya qarşı "Gürz-43"əməliyyatı keçirilib


  • 10:17

Türkiyənin 16 vilayətində PKK terror təşkilatına qarşı "Gürz-43" əməliyyatı keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O, bildirib ki, 16 vilayətdə terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən "Gürz-43" əməliyyatları zamanı terrorçulara məxsus 12 mağara və sığınacaq məhv edildiyini açıqlayıb.

Əməliyyatlar Ağrı, Batman, Bingöl, Bitlis, Diyarbakır, Elazığ, Ərzincan, Hakkari, Hatay, Iğdır, Mardin, Muş, Siirt, Şırnak, Tunceli və Van vilayətlərində keçirilib.

Əməliyyatlar zamanı həmçinin külli miqdarda partlayıcı maddə və silah-sursat ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər