Yaponiyada ictimai yerlərdə siqaret çəkmək qadağan edilir


  • 09:24

Yaponiyanın Osaka şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

E-huquq.az Yaponiya mətbuatına istinadən xəbər verir ki, yeni qanun yanvarın 27-dən qüvvəyə minib.

Qadağa çərçivəsində yollarda, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret və elektron siqaretlərin istifadəsi qadağan edilib.

Qaydalara əməl etməyənlər 1000 yen (təxminən 6 dollar) məbləğində cərimələnəcəklər.

Osaka Bələdiyyəsindən verilən açıqlamada yeni qərarın şəhərdə təhlükəsizliyi və təmizliyi artırmağı və Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəflədiyini bildirib.

Bildirilib ki, bu təşəbbüs təkcə şəhərin estetikasını gözəlləşdirmək deyil, həm də sakinlər və qonaqlar üçün təhlükəsiz və rahat yaşayış mühitini təmin etmək məqsədi daşıyır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər