- 19:15
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən Amerika lideri adından yayılan yazılı bəyanatında deyilir.
“Reyqan hava limanında baş vermiş faciəvi qəza haqqında mənə tam məlumat verildi. Allah onların ruhlarını qorusun! Mən vəziyyəti izləyirəm və təfərrüatları ortaya çıxan kimi paylaşacağam”, - ABŞ administrasiyasının rəhbəri əlavə edib.