- 19:15
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
E-huquq.az xəbər verir ki, qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.
“The Washington Post” yazıb ki, polis çaydan bir neçə cəsədi və dörd nəfəri sağ çıxarıb. “Reuters” isə bildirib ki, Vaşinqtonda təyyarə ilə toqquşan helikopterdə üç hərbçi olub.
***
Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Blackhawk” hərbi helikopteri havada toqquşub.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.
Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.