Almaniyada hər beş nəfərdən biri yoxsulluq içində yaşayır


  • 29 Yanvar 17:02

Almaniyada ötən il ölkə əhalisinin 17,6 milyon insan yoxsulluq riski ilə üzləşib.

E-huquq.az xəbər verir k, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Bu, Almaniya əhalisinin 20,9 faizini təşkil edir. Başqa sözlə, ölkədə hər beş nəfərdən biri yoxsulluq və ya sosial təcridlə üzləşib. 2017-ci ildə bu rəqəm 15,5 milyon olub.

Almaniyada keçən il əhalinin təxminən 15,5 faizi isə (13,1) milyon insan yoxsulluq həddinin altında yaşayıb.

Ötən il üçün Almaniyada yaşayan bir nəfər üçün yoxsulluq riski həddi ayda 1 378 avro müəyyən edilib.

Mütəxəssislərin fikrincə, Almaniyanın böyük şəhərlərində ev və kirayə qiymətlərinin artması insanları yoxsullaşdırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər