- 19:15
ABŞ-da ördək fermasında ilk dəfə H5N9 tipli quş qripinə yoluxma halı aşkar edilib.
E-huquq.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) hesabatına görə, Kaliforniya ştatının Mersed dairəsindəki ördək fermasında “yüksək patogen quş qripi (HPAI) H5N9” variantı aşkar edilib.
Bu səbəbdən fermada 119 min ev quşu məhv edilib.
WOAH bunun ABŞ-da ev quşlarında HPAI H5N9-a ilk yoluxma hadisəsi olduğunu bildirib.
Şəbnəm Mehdizadə