Cənubi Koreyada təyyarədə baş verən yanğında yaralananların sayı 7-ə çatdı


  • 29 Yanvar 12:26

Xəbər verdiyimiz kimi, ötən gün Cənubi Koreyada sərnişin təyyarəsində yanğın baş verib.

E-huquq.az "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.

Gimhae hava limanında baş verən yanğında yaralananlardan 3-ü sərnişin, 4-ü isə ekipaj üzvü olub.

Cənubi Koreyada prezident səlahiyyətlərini icra edən baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok hadisənin araşdırılması barədə tapşırıq verib.

Yanğın nəticəsində təyyarədə olan 169 sərnişin və 7 ekipaj üzvü təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər