- 19:15
Türkiyənin paytaxtı Ankarada hava xəbərdarlığı edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Davamlı Monitorinq Mərkəzi daxilində Milli Hava Keyfiyyətinin Monitorinqi Şəbəkəsinin apardığı ölçmələrə görə, Ankarada havanın keyfiyyəti bir çox nöqtədə “həssas” səviyyəyə çatıb. Bəzi yerlərdə isə "qeyri-sağlam" səviyyələrə yaxınlaşıb.
Afrikadan gələn yüksək təzyiq səbəbindən bir neçə gündür Türkiyənin müxtəlif şəhərlərində duman müşahidə olunur. Türkiyədə dəniz səviyyəsindən 1013 millibardan yuxarı ölçülən yüksək təzyiq şəhərlərdə havanın keyfiyyətinin pisləşməsinə, görmə qabiliyyətinin azalmasına və bir çox əyalətlərdə havanın keyfiyyətinin aşağı düşməsinə səbəb olub.
Milli Hava Keyfiyyəti Monitorinq Şəbəkəsi Ankaranın bəzi bölgələrində havanın keyfiyyətinin narıncı kodla müəyyən edilən "həssas" səviyyədə olduğunu bildirib.
Şəbnəm Mehdizadə