- 19:15
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror qruplaşmasının məsul şəxslərindən biri olduğu iddia edilən Şiraz Öməri zərərsizləşdirib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Suriyada Rumeylan-Malikiye yolunda aparılan əməliyyat nəticəsində məhv edilib.
Şiraz Ömər təşkilata 2012-ci ildə qoşulub. O, təşkilatın Suriyadakı "Rojava Katibliyi"ndə çalışıb.
Bir müddət İraq-Qəndildə fəaliyyət göstərdikdən sonra Suriya ərazisinə keçib. O, Ayn əl-Ərəb, Həsəkə və Malikiye bölgələrində məsul səviyyədə fəaliyyət göstərib.
Bir müddət təşkilatın qadın qolu olan PKK/YPJ-nin sözçüsü vəzifəsində çalışıb. Son olaraq təşkilatın maliyyə strukturunda rəhbər vəzifədə olub.
Şəbnəm Mehdizadə