Hindistanda dini festivalda izdiham: çoxlu sayda ölü və yaralı var - FOTO


  • 29 Yanvar 11:26

Hindistanda dünyanın ən böyük dini festivalı olan "Kumb Mela" festivalında izdiham yaşanıb. İlkin məlumata görə, 15 nəfər həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Prayaqrac şəhərində minlərlə insanın toplaşdığı dini festivalda baş verən izdiham nəticəsində ilkin ehtimala görə 15 nəfər həyatını itirib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Rəsmilər ölən və yaralıların dəqiq sayını açıqlamayıb.

Bildirilir ki, izdiham iştirakçıların qoruyucu sədləri aşması zamanı baş verib.Qeyd edək ki, bu festivalda milyonlarla insan müqəddəs çayların qovuşduğu Sanqama axın edir.

Hər 12 ildən bir keçirilən festival dünyanın ən böyük insan yığıncağı kimi adlandırılır. Çərşənbə günü festivalın ən gərgin günü hesab olunur. Rəsmilər bugünkü müqəddəs çimmək gününə 100 milyon insanın qatılacağının gözlənildiyini bildiriblər. Hindular inanırlar ki, müqəddəs suda çimmək onları günahlardan təmizləyəcək və mənəvi qurtuluşa nail olmağa kömək edəcək.

Yanvarın 13-də başlayan festival fevralın 26-dək davam edəcək. Bu tədbirə dünyanın hər yerindən din adamları, rahiblər, siyasətçilər və məşhurlar da qatılır.

Xatırladaq ki, 1954-cü ildə də həmin festivalda baş verən izdihamda 400-dən çox insan ölmüşdü.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər