- 08:10
İndoneziyada Semeru vulkanı püskürüb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Yava adasındakı Malanq və Lumacanq bölgələrinin sərhəddində yerləşən Semeru vulkanı yerli vaxtla saat 06.21-də püskürüb.
Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian partlayışda külün dəniz səviyyəsindən 4 min 776 metr yüksəkliyə qalxdığını bildirib.
Bölgə sakinlərinə xəbərdarlıq edilib.
Qeyd edək ki, 2021-ci ildən aktiv olan Semeru vulkanında həyəcan səviyyəsi ikinci mərhələdədir.
Şəbnəm Mehdizadə