ABŞ-da 1179 qanunsuz miqrant həbs olunub


  • 28 Yanvar 16:25

ABŞ-da son bir gün ərazində 1179 miqrant həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Təşkilatı (ICE) məlumat yayıb.

Sərhəd təhlükəsizliyini artırmaq məqsədi ilə ölkə daxilində həyata keçirilən tədbirlər çərçivəsində 1 gündə 1179 qeyri-qanuni miqrant polis tərəfindən saxlanılıb.

Bu, ABŞ prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından bəri qeyri-qanuni miqrantlarla bağlı qeydə alınan ən yüksək həbs sayı olub.

Saxlanılan 1179 miqrantdan yalnız 613-nün "ağır cinayətlər törətdiyi" məlum olub. Onların əksərinin ABŞ sərhədini qanunsuz olaraq keçməkdən başqa heç bir cinayət törətmədiyi iddia edilib.

Qeyd edək ki, Tramp ABŞ-da doğulan miqrant uşaqlara avtomatik vətəndaşlıq verən tənzimləmənin ləğv ediləcəyini və bu hüququ tanıyan Konstitusiyanın 14-cü Düzəlişinin yenidən şərh edilməsi lazım olduğunu bildirib. O, sərhəddəki qeyri-qanuni miqrant axınına sərt tədbirlərlə son qoyacağını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər