- 09:05
Banqladeşdə dəmiryolçuların tətil keçirməsi səbəbindən qatarların hərəkəti dayandırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Banqladeş Dəmir Yolu Əməliyyatları Personal və İşçilər Həmkarlar İttifaqının sədr müavini Saidur Rəhman məlumat verib.
O, qeyd edib ki, müvəqqəti hökumətə rəhbərlik edən Məhəmməd Yunusla razılığa gələ bilməyən birlik qeyri-müəyyən müddətə tətilə başlayıb.
Dəmiryolçularının uzun müddətdir maaş artımı, əlavə iş haqqı və pensiya hüquqları ilə bağlı tələblərinin olduğunu vurğulayan Rəhman, hökumətin həmkarlar ittifaqının tələblərini yerinə yetirmədiyi təqdirdə tətili davam etdirəcəklərini qeyd edib.
Paytaxt Dəkkədəki Kamalapur Qatar Stansiyasında tətil səbəbiylə xidmətlər ləğv edilib, minlərlə sərnişin yolda qalıb.
170 milyondan çox əhalisi olan Banqladeşdə dövlət dəmir yolu şəbəkələri hər il təqribən 65 milyon sərnişinə xidmət edir, 25 minə yaxın insanı işlədir və 36 min kilometrdən çox məsafəni əhatə edir.
Şəbnəm Mehdizadə