- 09:05
Türkiyənin Samsun şəhərində limanında yük gəmisində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib.
Samsun valisi Orhan Tavlı məıtbuata açıqlamasında deyib ki, yanğın gəminin mühərrik hissəsində baş verib. Onun sözlərinə görə, "Firuze G" adlı gəmidəki yanğın mühərrik hissəsində generatorun nasazlığından qaynaqlanıb.
O.Tavlı bildirib ki, yanğın zamanı 33 personal xilas edilərək sağ-salamat sahilə çıxarılıb.
Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün işlərini davam etdirir.
Şəbnəm Mehdizadə