- 08:10
Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bir həftədir davam edən “Gürz-41” və “Gürz-42” əməliyyatlar zamanı 100 şübhəlinin ələ keçirildiyini bildirib.
O, İstanbul və Ankara da daxil olmaqla 24 vilayətdə həyata keçirilən əməliyyatlar zamanı tutulan şübhəlilərin təşkilat daxilində fəaliyyət göstərdiklərini və sosial şəbəkələrdə terrorçuluğunun təbliğatını apardıqlarını qeyd edib.
Şəbnəm Mehdizadə