Xanım vəkili ölümlə hədələdilər


  • 27 Yanvar 17:52

Türkiyədə vəkili ölümlə hədələməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Ankara 37-ci Asliye Cəza Məhkəməsində Uşaq və Qadınlar Dərnəyinin sədr müavini vəkil Hediye Gökçe Baykalı ölümlə hədələməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxs iclasda iştirak etməyib.

Məhkəmədə ifadə verən vəkil deyib ki, həmin şəxs 2022-ci ildə ona təhdid dolu mesajlar yazıb, şah damarını kəsəcəyini, onu hissələrə ayrıcağını bildirib.

Vəkil hədə-qorxu mesajı ilə bağlı polisə şikayət edib. Daha sonra bir qadının ona zəng edərək “Məndən şikayət etmisən, elə bilirsən nəsə əldə edəcəksən? Bundan sonra tək gəzmə. Mənə heç nə olmayacaq" kimi təhdidlər yağdırıb.

Vəkil həmin şəxsə ən ağır cəzanın verilməsini tələb edib.

Bir çox başqa qadın vəkili dı təhdid etdiyi müəyyən edilən müttəhimlə bağlı bütün sənədlərin Ankara Respublika Prokurorluğundan tələb edilməsinə qərar verilib.

Məhkəmə prosesi iyunun 16-da davam etdiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər