Bursada 4 maqnitudalı zəlzələ olub


  • 27 Yanvar 16:03

Türkiyənin Bursa şəhərində 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az türkiyə mtəbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Bursanın Nilüfer rayonunda yerli vaxtda 13.43-də, yerin təxminən 9,74 kilometr dərinliyində baş verib.

Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Bəzi vətəndaşlar evlərini tərk ediblər.

İlkin məlumatlara görə, dağıntı və tələfat baş verməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər