Valideynləri boşanan şəxsləri təhlükə gözləyir


  • 27 Yanvar 15:04

Alimlərin araşdırmalarına görə, uşaqlıqda valideynləri boşanmış şəxslərin qocalıqda iflic olma riski daha yükəskdir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Toronto, Tyndale və Austin Texas Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, valideynlərin boşanması uzun illər dərin stressə səbəb olur.

Tədqiqatda göstərilib ki, valideynləri boşanan doqquz amerikalıdan biri 65 yaşdan sonra iflic olub.

Valideynləri bir yerdə yaşayanların isə hər 15 nəfərdən biri iflic keçirib.

Tədqiqatın ilk müəllifi, Tyndale Universitetinin psixologiya professoru Mary Kate Schilke valideynləri boşanan şəxslərin iflic olma şansının 61 faiz olduğunu bildirib.

Toronto Universitetindən Prof. Esme Fuller-Thomson isə uşaqlıqda valideynlərin ayrılmasının stress hormonlarının davamlı yüksək səviyyədə qalmasına səbəb olduğunu söyləyib.

Bu isə inkişaf etməkdə olan beyinə və uşağın stresə cavab vermək qabiliyyətinə mənfi təsir göstərir.

Sözügedən araşdırmada valideynləri boşanmış 13,205 yaşlı amerikalının 13,9 faizi təhlil edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər