- 28 Yanvar 23:35
İngiltərədə 200 şirkət dörd günlük iş həftəsinə keçib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, işçilərinin sayı 5 mini keçən bu şirkətlər həftənin dörd günü daimi işləmək prinsipini qəbul ediblər.
Bildirilib ki, şirkətlərdə həftəlik iş saatı gəlir itkisi olmadan 32 saat olacaq.
Dördgünlük iş həftəsi prinsipində iştirak edən 200 şirkətdən 59-u Londonda yerləşir.
Şəbnəm Mehdizadə