- 28 Yanvar 23:35
Nigeriyanın Borno əyalətində hərbi bazaya edilən silahlı hücum nəticəsində 27 əsgər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun rəsmisi məlumat verib.
O, hücum zamanı 27 əsgərin öldüyünü, çox sayda əsgərin isə yaralandığını bildirib.
Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.
Şəbnəm Mehdizadə