Kolumbiyada silahlı qruplaşmaların 63 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub


  • 27 Yanvar 10:05

Kolumbiyada silahlı qruplaşmaların 63 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 33-cü Cəbhəsinə bağlı olduğu bildirilən 63 nəfər ölkənin şimalındakı Katatumbo bölgəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Araşdırmalar zamanı 1 ton partlayıcı maddə, 54-dən çox uzun lüləli silah, 2 pulemyot, 1 snayper tüfəngi, 25 tapança və çoxlu güllə, həmçinin təşkilata aid rabitə vasitələri və maddi-texniki təchizat materialları ələ keçirilib.

Açıqlamada zorla işə götürülən 20 uşağın xilas edildiyi də qeyd olunub.

Kolumbiya Müdafiə Nazirliyi Milli Azadlıq Ordusu (ELN) silahlı təşikilatının 4 liderinin yeri barədə dəqiq məlumat verənlərə 700 min dollar mükafat veriləcəyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər