- 19:40
Türkiyənin Sivas şəhərində xəstəxanada partlayış baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, partlayış Sivas Cümhuriyyət Universiteti Xəstəxanasının süni mayalanma şöbəsində qeydə alınıb.
Partlayış nəticəsində kimyəvi qaz sızması baş verib.
Əraziyə dərhal Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə