İranda güclü zəlzələ oldu


  • 09:09

İranın Kirmanşah əyalətinin Qəsri Şirin şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 04.32-də, yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfatın olmadığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər