- 19:40
Amerika Birləşmiş Ştatlarının Kolumbiyadakı səfirliyinin Konsulluq şöbəsi viza verilməsini müvəqqəti dayandıracaq.
E-huquq.az xəbər verir ki, bu barədə bazar günü Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Kolumbiyanın prezidenti Qustavo Petro əvvəllər icazə verdiyi deportasiya olunanlarla dolu iki reysi qəbul etməkdən imtina etdikdən sonra ABŞ dövlət katibi Marko Rubio dərhal ABŞ-ın Boqotadakı səfirliyinin konsulluq bölməsində vizanın verilməsinin dayandırılmasını əmr etdi”, - bəayanatda deyilir.