- 26 Yanvar 22:24
Ukrayna Azərbaycandan təbii qazın Avropaya tranzitinə hazırdır və razılıq əldə olunarsa, müqavilə tezliklə imzalana bilər.
E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Maya Sandu ilə birgə mətbuat konfransında deyib.
“Biz Azərbaycan qazının tranziti üçün infrastrukturumuzdan istifadə edə bilərik”, - deyə Zelenski vurğulayıb.
O bildirib ki, əgər siyasi iradə varsa, müqavilə tez bir zamanda imzalana bilər.